İbrahim Öztek: Bizim oğullarımız bu gün də eyni ruh, inam və cəsarətlə yeni dastanlar yazmağa hazırdırlar

Sentyabrın 13-nə keçən gecə Ermənistan ordusunun Azərbaycan ərazilərinə hücumu və istifadə etdiyi ağır silahlar narahatlıq doğurur. Azərbaycanın hərbi mövqeləri ilə yanaşı mülki yaşayış məntəqələri də hücuma məruz qalıb. Lakin, Ermənistan bu hücumla bir daha Azərbaycan Silahlı Qüvvələrinin qarşısında tab gətirə bilməyəcəyini gördü. Azərbaycanın qəhrəman oğulları bu xain hücumlara layiqli cavabı verdilər. Ermənistanın son təxribatları nəticəsində 50 Azərbaycan igidi qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi.
Allah şəhidlərimizə rəhmət etsin, ailələrinə və bütün türk millətinə səbir versin.
Bu fikirləri vetennamine.az saytına müsahibəsində Anadolu Aydınlar Ocağının rəhbəri professor İbrahim Öztek bildirib.
Professor deyib: “Bütün bu təxribatlar onu göstərir ki, Ermənistan Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərin məğlubiyyətini hələ də həzm etməyib. İkinci Qarabağ müharibəsində havadarlarına və diasporuna arxalanan Ermənistan Azərbaycan torpaqlarına hücum edərkən uğur qazanacağını düşünürdü. Lakin, bu, belə olmadı və Ermənistan ağır itkilərlə məğlub oldu. Bu qədər itkilərə və Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyərək təslim olmasına baxmayaraq, Ermənistan hələ də bundan dərs almayıb. Türkiyə və Azərbaycanın bütün sülhsevər cəhdlərinin qarşılığında hələ də regionda qarışıqlıq yaratmağa davam edir. Ermənistan bilməlidir ki, onun dünyaya açılan pəncərəsi Türkiyə və Azərbaycandır. Türkiyə və Azərbaycanın uzatdığı sülh əli Ermənistan xalqının həyatda qala bilməsi üçün yeganə şansdır”.
Sabah Bakının azad edilməsinin ildönümünün qeyd ediləcəyini xatırladan professor deyib: “Bundan 104 il əvvəl bu gün Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu düşməni darmadağın etdi. Bütün dünya bilməlidir ki, bizim oğullarımız bu gün də eyni ruh, inam və cəsarətlə yeni dastanlar yazmağa hazırdırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.