Ağlımızda toy haqqında standart informasiyalar formalaşıb.Lakin bəzi ölkələr var ki, bu mövzudaki vərdişləri, adət-ənənələri bizi təəccübləndirə bilər. Bunlardan biri Hindistandır.
Keçmişdə kasta və müstəmləkəçilik sistemi və dini ənənələrin təsiri altında olan Hindistanda toy mərasimləri 3 hissədən ibarətdir. Birinci hissə toya hazırlıq və toydan əvvəl təşkil olunan şənliklərdir. Ölkəmizdə xına gecəsinə uyğun gələn bu məclislərdə gəlinin üzərində “mehndi” adlanan xınalar yandırılır və yerli mahnıların müşayiəti ilə rəqs edilir.
İkinci hissə toy günüdür. Toy günü bəyi qayınanası qarşılayır. Bəyin ayaqları yuyulduqdan sonra ona bal və süd təklif edilir. Gəlinlər ağ gəlinlik yerinə boş tikişli parçanı bədənlərinə bükərək hazırlanan “sarı” adlı paltar geyinirlər.
Toyun üçüncü hissəsi bəylə gəlinin ifa etdiyi atəş rəqsidir. Toy məkanında yandırılan müqəddəs odun ətrafında bəylə gəlin 4 dəfə dönüb süfrələrinə tərəf qaçırlar. İnanca görə, süfrə arxasında kim birinci otursa, evdə söz sahibi olur.
Həlimə Əliyeva
Veten Naminə Mətbuat Xidməti













