“Himayədar ailə” qayğı modelinin tətbiqi ilə bağlı qanunvericilik bazası yaradılır

ÖlkəmizdəHimayədar ailəqayğı modelinin tətbiqivalideyn himayəsindən məhrum uşaqların sosial müəssisələrdə deyil, ailələrdə böyüməsinə, ailə mühitində inkişafına şərait yaradacaq.

Bunu Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən vetennamine.az saytına bildiriblər :

Bu fikir qeyd olunan modelin tətbiqinə hazırlıq işləri iləbağlı əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən iclasda vurğulanıb. Əmək əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal NəsirliHimayədar ailəmodelinin tətbiqi ilə bağlı normativ hüquqi bazanın yaradılması təkmilləşdirilməsi işlərinin davam etdirildiyini bildirib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 15 fevral 2022-ci il tarixli Fərmanına əsasən himayədar ailə sahəsində dövlət siyasəti, tənzimləməsi dövlət nəzarəti bu il noyabrın 1-dən Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.

Nazirlik həmçinin sosial dəstək mexanizmlərinin tətbiqi vasitəsilə uşaqların müəssisələrdən ailələrinə qaytarılması ya himayədar ailəyə verilməsi, eləcə onlarınmüəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görəcək. Həmin müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planları da hazırlanacaq.

İclasda himayədar ailə institutunun tətbiqinə hazırlıqla bağlı normativ hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi işləri müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.