Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi
arasındakı əməkdaşlıq memorandumu çərçivəsində qardaş ölkədə “Himayədar ailə” qayğı
modelinə dair növbəti təlimlər keçirilib.
Bunu Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbual xidmətindən vətənnaminə.az-a bildiriblər.
Himayədar ailə üzrə mütəxəssislər tərəfindən tədris olunan təlimlərə Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müvafiq sahədə
çalışan əməkdaşları cəlb olunub.
İştirakçılara himayədar ailə sahəsində qanunvericilik, qayğı modelinin mexanizmi,
himayədar valideyn olmaq istəyən şəxslərlə peşəkar müsahibə aparılmasının üsulları
mövzularında biliklər aşılanıb.
Qardaş ölkənin təcrübəsinə əsaslanan təlimlərdə həmçinin sosial və psixo-sosial dəstək
xidmətinin prosedurları və prinsipləri ilə bağlı mövzular əhatə olunub.