“Himayədar ailə” modelinin tətbiqi ilə bağlı sosial dəstək mexanizmləri hazırlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının iclası olub. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev icra olunan sosial dəstək proqramları barədə məlumat verib.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

O, Prezident İlham Əliyevin “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 15 fevral 2022-ci il tarixli Fərmanına əsasən himayədar ailə sahəsində dövlət siyasətinin, tənzimləmənin və dövlət nəzarətinin bu il  noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcəyini qeyd edib.

İclasda daha 12 yeni peşə və kvalifikasiya standartının layihələri də müzakirə olunaraq təsdiq edilib. Ümumilikdə son illərdə hazırlanaraq təsdiq edilən həmin standratların sayının artıq 1000-i ötdüyü qeyd edilib.

Habelə daxili nəzarət və audit, ictimaiyyətlə əlaqələr, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş və s. sahələrdə görülən işlər, qarşıda duran vəzifələr müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.