Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən Qaradağ Tibb Mərkəzində Ümummili Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycanda səhiyyə siyasəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə ,Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyin Qaradağ rayon filialının sədri Maqsud Heydərov, YAP Qaradağ rayon təşkilatının nümayəndəsi Vüqar Ağayev, şəhid ailələrinin üzvləri, qazilər və mərkəzin əməkdaşları iştitak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Tibb Mərkəzində yerləşən büstü ziyarət olundu, önünə gül çələngi qoyularaq xatirəsi böyük ehtiramla yad edildi.
Tibb Mərkəzinin akt zalında keçirilən tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirsənin bir dəqiqəlik sükutla anılması ilə başladı.
Tədbiri açan mərkəzin direktoru, əməkdar həkim Elmira Rəfailova qonaqları salamlamaqdan məmnun olduğunu, bu gün Qaradağ rayonunun əhalisinə yüksək səviyyədə xidmət göstərən tibb müəssisəsinin Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu səhiyyə siyasəti və bu sahədə aparılan quruculuq işləri nəticəsində yaradıldığını bildirdi. Ulu öndərin xalqın tələbi ilə hakimiyyətə qayıtmasından sonra ölkədə bütün sahələrdə aparılan quruculuq işlərinin əhəmiyyətini yüksək qiymətləndirən direktor məhz bu dahi şəxsiyyətin böyük zəhəməti və misilsiz xidmətləri sayəsində ölkəmizin görünməmiş uğurlara imza atdığını dedi. 2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyevin də insanların sağamlığına, səhiyyənin inkişafına xüsusi diqqətlə yanaşdığını vurğulayan E.Rəfailova məhz bu qayğı sayəsində həmin sahədə böyük nailliyyətlər qazanıldığını vurğuladı.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının əməkdaşı Vüqar Ağayev,
Tibb Mərkəzinin cərrahı, I və II Qarabağ Müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Faiq Lazımov, QMƏVŞAİB Qaradağ rayon filialının sədri Məqsud Heydərov, şəhid anası Elnarə Xəlilova, Vətən Müharibəsi qazisi Bəhrəm Rəcəbli və digərləri çıxış edərək Ümmummilli Lider Heydər Əliyevin xidmətlərindən bəhs ediblər. Bu gün dövlətimiz tərəfin ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbir çərçivəsində Mərkəzin bir qrup həkiminə Fəxri Fərman təqdim edilib