• Xəbər Lenti
  • Ən çox oxunan
  • Hamısı
  • Xəbərlər
  • Hərbi
  • Texnologiya
Heydər Əliyev adına Hərbi İnstitutda Ulu Öndərin 100 illiyinə həsr olunmuş möhtəşəm idman tədbiri keçirilib

Heydər Əliyev adına Hərbi İnstitutda Ulu Öndərin 100 illiyinə həsr olunmuş möhtəşəm idman tədbiri keçirilib

02 May 2023
YAP Biləsuvar rayon təşkilatı 8 noyabr – Zəfər Günü həsr olunmuş tədbir keçirib

YAP Biləsuvar rayon təşkilatı 8 noyabr – Zəfər Günü həsr olunmuş tədbir keçirib

06 Noyabr 2025
Şəhidlərimizin anım mərasimi keçirildi

Şəhidlərimizin anım mərasimi keçirildi

16 Oktyabr 2025
9 oktyabr – Vətən Müharibəsi şəhidi  Rəhimov Zamin Vahid oğlunun şəhadətə yüksəlməsindən 5 il keçir

9 oktyabr – Vətən Müharibəsi şəhidi Rəhimov Zamin Vahid oğlunun şəhadətə yüksəlməsindən 5 il keçir

09 Oktyabr 2025
YAP Bərdə rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər tariximizin müəllimləri” adlı tədbir keçirib

YAP Bərdə rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər tariximizin müəllimləri” adlı tədbir keçirib

03 Oktyabr 2025
“Qərbi Azərbaycana aparan yollar” adlı tədbir keçirilib

“Qərbi Azərbaycana aparan yollar” adlı tədbir keçirilib

03 Oktyabr 2025
Qarabağ qazisi Alekseyev Lətifin əziz xatirəsinə

Qarabağ qazisi Alekseyev Lətifin əziz xatirəsinə

02 Oktyabr 2025
Vətən müharibəsi şəhidi mayor Kəlbalıyev Səyavuş Hümbət oğlunun ildönümü münasibətilə anım tədbiri keçirilib

Vətən müharibəsi şəhidi mayor Kəlbalıyev Səyavuş Hümbət oğlunun ildönümü münasibətilə anım tədbiri keçirilib

30 Sentyabr 2025
Şəhidimiz Elməddin Hüseynzadənin 5-ci il dönümü qeyd edildi

Şəhidimiz Elməddin Hüseynzadənin 5-ci il dönümü qeyd edildi

29 Sentyabr 2025
HƏR AN EHTİRAMLA ANIRIQ…

HƏR AN EHTİRAMLA ANIRIQ…

27 Sentyabr 2025
Bərdə rayonun Bəcrəvan kəndində şəhid Məmmədli Namiq Ağamməd oğlunun anım mərasimi keçirildi

Bərdə rayonun Bəcrəvan kəndində şəhid Məmmədli Namiq Ağamməd oğlunun anım mərasimi keçirildi

15 Sentyabr 2025
Vətən müharibəsi şəhidi Ağayev Vahid Məcnun oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib

Vətən müharibəsi şəhidi Ağayev Vahid Məcnun oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib

15 Sentyabr 2025
Şəhid Əlizadə Pərvin Vüqar oğlunun doğum günü münasibəti ilə anım mərasimi keçirilİb

Şəhid Əlizadə Pərvin Vüqar oğlunun doğum günü münasibəti ilə anım mərasimi keçirilİb

11 Sentyabr 2025
  • Əlaqə
  • Əsas səhifə
  • Haqqımızda
  • Saytın istifadə qaydaları
Vətən Namin TV
Bazar, Noyabr 9, 2025
Vətən Naminə
  • Əsas
  • Xəbərlər
  • Sosial
  • Hərbi
  • Qanunvericilik
    • Qanun
    • Fərman
    • Sərəncam
    • Qərar
  • Digər
    • Sosial sahibkarlıq
    • Elm və təhsil
    • Müsahibələr
    • Araşdırma
    • Məqalələr
    • Tədbirlər
No Result
View All Result
Vətən Naminə
No Result
View All Result
Əsas Hərbi

Heydər Əliyev adına Hərbi İnstitutda Ulu Öndərin 100 illiyinə həsr olunmuş möhtəşəm idman tədbiri keçirilib

Müdafiə Nazirliyi, Milli Məclisin Gənclər və idman komitəsi və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Hərbi İnstitutun stadionunda Ulu Öndərin 100 illiyinə həsr olunmuş kikboksinq üzrə “Heydər Əliyev Kuboku” yarışlarının açılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Yazar Mətbuat Xidməti
02 May 2023
Kateqoriya Hərbi
A A
Facebook-da paylaşınTelegram-da paylaşın

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən,

Əvvəlcə hərbi institutun qərargahı qarşısında ucaldılan görkəmli siyasi və dövlət xadimi, dahi lider Heydər Əliyevin əzəmətli abidəsi ziyarət olunaraq qarşısına çələng və qızılgüllər qoyulub, xatirəsi ehtiramla yad edilib.
Milli Məclisin deputatları, Müdafiə, Gənclər və İdman nazirliklərinin rəsmiləri, Xətai Rayon İcra Hakimiyyətinin və Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi, şəhid ailələrinin üzvləri, müharibə və Silahlı Qüvvələr veteranları, dəfələrlə dünya çempionu olmuş Azərbaycan kikboksinqçiləri, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri, eləcə də general, zabit və kursantların qatıldıqları təntənəli açılış mərasimi hərbi orkestrin ifa etdiyi “Azərbaycan fanfarası” ilə başlanıb.
Tədbirin ssenari müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani mərasim iştirakçılarını salamlayaraq xalqımız və Azərbaycan Ordusunun şəxsi heyətinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini İkinci Qarabağ müharibəsində – Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin yaratdığı böyük Qələbə əhvali-ruhiyyəsi ilə qarşıladığını qeyd edib.
Vurğulanıb ki, ötən son 200 ildən çox bir dövr ərzində itirilmiş Vətən torpaqlarının müharibə yolu ilə alınması tarixi hadisədir və bu, Ulu Öndər Heydər Əliyevin özü qədər inandığı, gələcəyinə böyük ümidlər bəslədiyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mümkün olub. Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və tarixi torpaqların işğaldan azad edilməsi məqsədilə başladığı 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər xalqımızın birliyinin, həmrəyliyinin dövlətimizin iqtisadi gücünün, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaətinin, Prezident İlham Əliyevin sərkərdə məharətinin, qətiyyətinin, hücum diplomatiyasının, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin xalqımızın və dövlətimizin daha parlaq gələcəyinə hesablanmış baxış, fikir və düşüncələrinin qələbəsidir. Xalqımızı zəfərdən-zəfərə aparan da məhz Heydər Əliyevin ideyalarıdır.
Fəxri qarovulun müşayiəti və “Qələbə marşı”nın sədaları altında 2020-ci il noyabrın 8-də ruhumuzun paytaxtı Şuşa şəhərinə sancılan və qələbənin rəmzinə çevrilən Zəfər bayrağı təntənə ilə gətirilib.
“Heydər Əliyev Kuboku” yarışlarının hakimlər heyəti və iştirakçılar alqışlarla qarşılanıb. Onlar Azərbaycan Kikboksinq Federasiyasının bayrağı altında stadiona daxil olublar.
Diqqətə çatdırılıb ki, kikboksinq üzrə “Heydər Əliyev Kuboku” yarışlarında respublikamızın şəhər və rayonlarını, həmçinin idman cəmiyyətlərini, idman klublarını təmsil edən 700-dən çox idmançı iştirak edirlər.
Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev təntənəli mərasim iştirakçılarını salamlayıb və müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini yarış iştirakçılarına çatdırıb.
Müdafiə nazirinin təbrikində deyilir: “Dahi Lider dəfələrlə qeyd edirdi ki, idman təkcə ayrı-ayrı çempionların əldə etdikləri nailiyyətlərdən ibarət olmamalıdır. İdman xalqın həyatına, Azərbaycan cəmiyyətinin hər bir hüceyrəsinə sirayət etməlidir. Bu bizim məqsədimizdir. Əbədiyaşar Ali Baş Komandan Heydər Əliyevin ənənələrini layiqincə davam etdirən dövlətimizin başçısı İlham Əliyevin daimi diqqət və qayğısı sayəsində idmançılarımız beynəlxalq idman arenalarında öz güclərini dünyaya nümayiş etdirir və Azərbaycan artıq dünyada idman dövləti kimi tanınmaqdadır.
Respublikamızın idman şərəfini həmişə uca tutan idmançılarımızın sıralarında ordu idmançıları da beynəlxalq yarışlarda öz uğur və nailiyyətləri ilə Azərbaycan bayrağını daim yüksəklərə qaldırmışlar”.
General-leytenant Heydər Piriyev əmin olduğunu bildirir ki, kikboksinq üzrə keçirilən “Heydər Əliyev Kuboku” yarışları Azərbaycan Ordusunda bu idman növünün geniş yayılmasına, hərbi qulluqçularda güc, dözümlülük, çeviklik, özünəinam, çətin döyüş şəraitində iradə nümayiş etdirmə, psixoloji gərginlikləri dəfetmə qabiliyyətlərini daha da artıracaq.
“Heydər Əliyev Kuboku”nun təşkilatçılarına minnətdarlığını bildirən rektor yarışların hakimlər heyətinə və iştirakçılarına uğurlar arzulayıb.
Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev 100 illiyini ümumxalq bayramı kimi qeyd etdiyimiz Ulu Öndərin fəaliyyətinin bütün sahələrində olduğu kimi, bədən tərbiyəsi və idman sahəsində də böyük xidmətlərinin olduğunu bildirib.
Milli Məclis sədrinin müavini qeyd edib ki, məhz Ümummilli Liderin sayəsində bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunub, Azərbaycan dünyanın idman ölkələrindən birinə çevrilib. Ulu Öndər hamını bədən tərbiyəsi ilə məşğul olmağa çağırırdı. Yaşından asılı olmayaraq hamını – gəncləri, orta yaşlıları və yaşlı adamları buna dəvət edirdi. Çünki dünya tarixi və təcrübəsi göstərir ki, bədən tərbiyəsi ilə geniş məşğul olan xalq həmişə fiziki və mənəvi cəhətdən sağlam olur. Xalqımızın sağlamlığını təkcə səhiyyə və adət-ənənələrimizlə deyil, eyni zamanda, bədən tərbiyəsi ilə qoruyub saxlamalıyıq, möhkəmləndirməliyik, hər bir gənc gərək möhkəm olsun.
Heydər Əliyev həmişə qeyd edərdi ki, idman, bədən tərbiyəsi hər bir insan üçün zəruri olan bir fəaliyyətdir. İdman cəmiyyətdə sağlamlığı təmin edən və cəmiyyətin inkişaf etməsi üçün çox vacib olan amildir. Ona görə də idmanın, bədən tərbiyəsinin inkişafı üçün görülən işlər və gələcəkdə görəcəyimiz işlər dövlət, hökumət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri A.Əliyev Ulu Öndərin vaxtilə dediyi “Azərbaycan idmanı, ölkəmizin idmançıları, Azərbaycan Respublikası daha yüksək pillələrə qalxacaqdır. Mən buna tam əminəm” fikrini tədbir iştirakçılarına bir daha xatırladaraq vurğulayıb ki, Ulu Öndərin bütün arzuları artıq həyata keçib. Azərbaycan idmanı daha da inkişaf edir, atletlərimiz dünyanın ən mötəbər idman yarışlarında Azərbaycan bayrağını yüksəklərə ucaldır, himnimizi səsləndirir, qalib Azərbaycan ölkəsi isə daha uğurlu qələbələrə doğru inamla irəliləyir.
Gənclər və idman naziri Fərid Qayıbov Ulu Öndər Heydər Əliyevin dövlət gənclər siyasətinin əsasını qoyduğunu və Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Bütün idman növləri ilə yanaşı, kikboksinqin də artıq ölkəmizdə geniş vüsət aldığını diqqətə çatdıran nazir Azərbaycan Kikboksinq Federasiyasının fəaliyyətini, o cümlədən Azərbaycan Ordusunda bu idman növünün yayılması istiqamətində aparılan məqsədyönlü tədbirləri yüksək qiymətləndirib.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev qeyd edib ki, kikboksinq Azərbaycanda populyar idman növlərindən birinə çevrilib. Ölkəmizdə bu sahədə çoxlu klublar fəaliyyət göstərir. Azərbaycan idmançıları kikboksinq üzrə beynəlxalq yarışlarda böyük nailiyyətlərə imza atırlar. Silahlı Qüvvələrdə də bu idman növü daha geniş yayılmaqdadır. Bu da ilk növbədə kikboksinqin özünümüdafiə sənəti hesab edilməsi ilə bağlıdır. Kikboksinq müxtəlif idman fəndlərinin birləşdiyi müdafiə və hücum idmanıdır. Əsasında bir-birindən tamamilə fərqlənən karate, boks, muay-tay texnikaları dayanır. Burada güclə yanaşı, texniki bilik də böyük əhəmiyyət kəsb edir. Kikboksinq ən ağır idman növlərindən biri hesab olunur və gənclərimiz bütün bu çətinliklərə baxmayaraq həmin idman növünə böyük maraq göstərirlər.
Orxan Əliyev kikboksinq üzrə “Heydər Əliyev Kuboku” yarışlarının Ulu Öndərin xatirəsinə bir ehtiram olduğunu və bu yarışların Azərbaycan idmanının inkişafı naminə böyük xidmətlər göstərən Ümummilli Liderimizin 100 illik yubileyinə həsr etdiklərini böyük iftixar hissi ilə söyləyib.
Sonra Bakı Bələdiyyə Teatrı aktyorlarının və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə Abdulla Qurbaninin Ulu Öndərin 100 illiyinə həsr etdiyi eyniadlı poeması əsasında “Xilaskar” ədəbi-musiqili kompozisiyası təqdim olunub. Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin hazırladığı videoçarxların müşayiəti ilə Ulu Öndərin mənalı ömür və fəaliyyətinin bütün dövrlərini əhatə edən anlar canlandırılıb, şeirlər, vətənpərvərlik mahnıları və rəqslər nümayiş etdirilib.
Ədəbi-musiqili kompozisiya Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” və Ulu Öndər Heydər Əliyevin xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirindən bir bəndi söyləməsi ilə başa çatıb.
Sonra “Heydər Əliyev Kuboku” yarışlarının final mərhələsi başlanıb. Qaliblərə kubok, diplom və medalları Milli Məclis sədrinin müavini Adil Əliyev, Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev və federasiyanın birinci vitse-prezidenti, iki dəfə dünya çempionu Ramal Aslanov, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini – Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov, Heydər Əliyev adına Hərbi İnstitutun rektoru Fizuli Salahov, Bədən tərbiyəsi və idman xadimi, Sərhədçi İdman Mərkəzinin rəis müavini Firdovsi Umudov və başqaları təqdim ediblər.
Kikboksinq üzrə “Heydər Əliyev Kuboku” yarışlarında hansı şəhər və rayonun, hansı idman cəmiyyəti və klubunun, kimin qalib gəlməsindən asılı olmayaraq Azərbaycan idmanının, kikboksinqin qalib gəldiyi qeyd olunub.
Qeyd edək ki, Kikboksinq üzrə “Heydər Əliyev Kuboku” yarışlarının təntənəli açılış mərasimi müxtəlif media nümayəndələri tərəfindən işıqlandırılıb.

Etiketlər #dunya#HeydərƏliyev#media#ordu#sosial#vətənnaminəhərbi
Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.
Əvvəlki xəbər

Vetennamine.az saytı Media Reyestri xidmətində qeydiyyatdan keçib

Növbəti xəbər

Fransada işçilər Makronun pensiya yaşını artıran qanun layihəsinə etiraz edib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

RSS Vətən Naminə TV

  • Şəhid XTQ Qüvvələrinin Giziri Naibov Devran Fazil oğlunun 5 ci il dönümü qeyd olunub. 08 Oktyabr 2025
  • Şəhid Quliyev Mehman Telman oğlunun 5-ci ildönümü qeyd olunub 07 Oktyabr 2025
  • ŞƏHİDLƏRİMİZİ YAŞADAQ | Hüseynzadə Elməddin 13 İyun 2024
  • “ŞAHDAĞ QUBA & TRUSKAVETS” sanatoriyasında şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı 26 Fevral 2024
  • TURANA DOĞRU | ƏSGƏRƏ MƏKTUB 11 Noyabr 2023
  • TURANA DOĞRU | DÜNYA SAVAŞINA DOĞRU... 18 Oktyabr 2023
  • TURANA DOĞRU | TÜRK DÜNYASININ ZƏFƏR GÜNÜ - II hissə 30 Avqust 2023
  • TURANA DOĞRU | TÜRK DÜNYASININ ZƏFƏR GÜNÜ - I hissə 30 Avqust 2023
  • TURANA DOĞRU | Azərbaycan və Qazaxıstan ictimai birlikləri əməkdaşlığa imza atdılar 05 Avqust 2023
  • #söyüdlü #gədəbəy #etsn #vətənnaminə #xəbərlər 18 İyul 2023
  • #gədəbəy #media #söyüdlü #etsn 18 İyul 2023
  • Prezidentin Nazirliyə verdiyi 1 həftə sona çatdı - ETSN-dən açıqlama 18 İyul 2023
  • TURANA DOĞRU | Buxara vilayətinin baş həkimi İlxom Norov 07 İyul 2023
  • TURANA DOĞRU | 26 iyun Silahlı Qüvvələr Günü 26 İyun 2023
  • ŞƏHİDLƏRİMİZİ YAŞADAQ | Kərgicahan pələngi 24 İyun 2023
Vətən Naminə

©2024 Hüquqları qorunur.

Vətən Naminə Media Qrup

  • Haqqımızda
  • Galereya
  • Saytın istifadə qaydaları
  • Əlaqə

Bizi izləyin

No Result
View All Result
  • Əsas səhifə
  • Xəbərlər
    • Siyasət
    • Cəmiyyət
    • Dünya
    • İdman
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Kriminal
  • Sosial
    • Turizm
    • Kulinariya
    • Film
    • Layihələr
  • Texnologiya
    • Kibertəhlükəsizlik
    • Proqramlaşdırma
    • Smartfonlar
    • Startup
  • Hərbi
    • Təlimlər
    • Görüşlər
    • Cəbhə Xəbərləri
  • Qanunvericilik
    • Qanun
    • Fərman
    • Sərəncam
    • Qərar
  • Digər
    • Sosial sahibkarlıq
    • Elm və təhsil
    • Müsahibələr
    • Araşdırma
    • Məqalələr
    • Tədbirlər

©2024 Hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlərdən istifadə edirik. Visit our Gizlilik Siyasəti.