VETENNAMİNE.AZ xəbər verir ki, konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Prezident Administrasiyasının məsul əməkdaşları Əli Pənahov, Samir Məmmədov, dövlət rəsmiləri və QHT təmsilçiləri, veteranlar və gənclər iştirak ediblər.
Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Konfransda çıxış edən Vüsal Quliyev bildirib ki, Azərbaycan veteranlar hərəkatının formalaşmasında və inkişafına ümummilli lider Heydər Əliyevin müstəsna rolu olub.
O vurğulayıb ki, Heydər Əliyev veteranlara hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, onlara münasibətdə xüsusi həssaslıq sərgiləyib.
Veteranlarımızın iştirakı ilə keçirilən bu konfrans sübut edir ki, cəmiyyətimizin bütün təbəqəsi kimi veteranlar da öz qayğıkeş liderlərinin tarixi xidmətini unutmur, Ümummilli lideri hər zaman sevgi və ehtiram hissi ilə yad edirlər. Və nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev də xalqımızla birlikdə yaşayacaq, sonsuz sevgi ilə xatırlanacaq”, – Prezident Administrasiyasının sektor müdiri söyləyib.
Daha sonra təşkilat sədrləri və veteranlar çıxış ediblər. Onlar Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı, veteranlara diqqət və qayğısı ilə bağlı fikirlərini bölüşüblər.
Konfransın sonunda xatirə şəkli çəkilib.