VETENNAMİNE.AZ saytı xəbər verir ki, tədbirdə AzQMƏVŞAİB-in
Cəbrayıl rayon filalının sədri Səbuhi Hüseynov və filalın üzvüləri
tədbirdə iştirak ediblər. YAP-ın Cəbrayıl rayon təşkilatında
“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının
Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı
ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP-ın Cəbrayıl rayon
təşkilatı Biləsuvar rayonunda Cəbrayıl rayon sakinlərinin müvəqqəti
məskunlaşdığı 4 saylı qəsəbənin klubunda“Heydər Əliyev irsi Azərbaycanın milli sərvətidir!”
mövzusunda tədbir keçirib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi və şəhidlər abidə kompleksi
ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin və şəhidlərimizin əziz
xatirəsi dərin ehtiramla anılıb.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın
azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP-ın Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev bildirib ki,
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu-Böyük Azərbaycanlı,Ümummilli
Lider Heydər Əliyevin anadan olmasının 100 illiyini Respublikamızın hər yerində,
bizə dost olan xarici ölkələrdə qeyd edir.Ulu öndərin rəhbərlik dövrü Azərbaycan
xalqının tarixi yaddaşına Heydər Əliyev epoxası kimi daxil olmuşdur.Bu epoxa
Azərbaycanın inkişaf arxitekturasının ən şərəfli səhifələrindən biridir.Hazırda
beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qeyd edilən tarixi
Zəfərimiz ulu öndərin fəaliyyətinin bəhrələridir.Bu dövrün ən böyük uğuru
odur ki,Azərbaycan son 32 ildə dövlət müstəqilliyini qoruyub saxlaya bilmiş,
onu möhkəmləndirmiş və inkişaf etdirmişdir.Bu qısa zaman kəsiyində
Azərbaycan nəinki inkişafın ən düzgün istiqamətlərini müəyyən etmiş,hətta
aparıcı ölkələrin böhran yaşadığı bir dövrdə,böhrandan öndə olmağın milli
modelini formalaşdıra və dünyaya təqdim edə bilmişdir.
YAP-ın Veteranlar Şurasının üzvü Əli Həsənov öz çıxışında bildirib,“Heydər Əliyev
unikal bir şəxsiyyət idi. O, Azərbaycan dövlətini və xalqını sevməyin əsl
nümunəsini ortaya qoymuş ən böyük azərbaycanlı idi. Heydər Əliyevin ölkəyə
rəhbərlik etməsi faktı isə dövlət idarəçiliyinin fenomenal nümunəsini ortaya
qoydu. Heydər Əliyev elə bir dahi siyasətçi idi ki, Onun düşüncələri ölkə
sərhədlərini aşaraq, qlobal səviyyəli idarəçiliyin qurulması qüdrətində idi.
Ümummilli lider xarizmatik bir siyasətçi idi və Onun siyasi rəhbərlik nümunəsi
nəinki, həmin dövrün insanları, hətta gələcək nəsillər üçün də örnəyə çevrildi.
Sonra Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edərək qəlbi daim vətən
eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan Heydər Əliyevin Azərbaycan
tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi
dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində
misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.
O, qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış
mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla
davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə hakimiyyətlə
xalq arasında olan sıx bağlılığın nəticəsində ölkəmiz hərtərəfli inkişaf edib.Sonra
rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov çıxış edərək Ulu Öndərin həyat
və yaradıcılığından,Azərbaycanın gələcəyindəki mühüm rolundan geniş danışdı.
Sonra Cəbrayıl rayon 1 nömrəli tam orta məktəbin direktoru Şahnazxanım
Şükürzadə çıxış etdi.
Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulmuş şəxslərə üzvlük
vəsiqələri təqdim olunub.Sonra Əli Həsənova 75 illik yubleyi və Azərbaycan
Respublikası Prezidentinin “Şərəf” ordeni ilə təltif edilməsi münasibətilə
YAP-ın Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev xüsusi təbrik ünvanlandırdı.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya
fəalı fəxri diplom,fəxri fərman və təşəkkürnamə ilə təltif edilib.
Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti