Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış mərasimi keçirilib

İyunun 21-də Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda 2022-ci ilin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətin vətənnaminə.az-a bildiriblər
Buraxılış mərasimdə Milli Müdafiə Universitetinin və hərbi institutun rəhbərliyi, Müdafiə Nazirliyinin hərbi qulluqçuları, şəxsi heyət, müəllimlər, məzunlar, valideynlər, eləcə də ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, hərbi institutun Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.
Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor, general-leytenant Heydər Piriyev təntənəli mərasimdə çıxış edərək əlamətdar gün münasibətilə məzunları Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, gənc zabitlərə gələcək xidmətlərində uğurlar arzulayıb. General-leytenant H.Piriyev son illərdə ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlardan, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsindən, hərbi institutun zabit və kursantlarının Vətən müharibəsində iştirakından danışıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.