Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, Azərbaycan Ordusunun bölmələri tərəfindən noyabrın 18-i saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinin Dəvəli rayonu istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun yaralanması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır.
Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik.
Ermənistan müdafiə nazirliyi ordusunda mövcud olan özbaşınalıqları ört-basdır etmək məqsədilə real əsası olmayan məlumatları yaymaqda davam edir.
____
Распространённая министерством обороны Армении информация о якобы имевшем место 18 ноября примерно в 09:50 обстреле подразделениями Азербайджанской Армии позиций вооруженных сил Армении, расположенных в направлении населённого пункта Дэвэли и ранении одного военнослужащего, не соответствует действительности.
Категорически опровергаем информацию, распространённую министерством обороны Армении.
Министерство обороны Армении продолжает распространять информацию, не имеющую реальной основы, с целью сокрытия произвола, существующего в своей армии.
____
The information spread by the Armenian defense ministry that on November 18, at about 09:50, the Azerbaijan Army Units allegedly opened fire on the positions of the Armenian armed forces in the direction of Davali region, as a result of which a serviceman was wounded, is completely false.
We categorically deny the provocative information disseminated by the opposing side.
Armenian defense ministry continues to disseminate unfounded information in order to conceal misconduct in its army.

Vətən Naminə Mətbuat Xidməti