Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1, Gəncədə 6, Daşkəsəndə 5, Gədəbəy, Qobustan, Şahbuz, Göygöl, Göyçay, Naxçıvan, Naftalan, Xaltan, Şahdağ, Tərtər, Yevlax, Kürdəmir, Ağdam, Bərdə, Şamaxı, İsmayıllıda 4 mm-dək olub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-32, Naxçıvan MR-da 32-36, Aran rayonlarında 30-36, dağlıq rayonlarda 20-25 dərəcə isti təşkil edib.
Avqustun 29-u gündüzdən şimal və qərb rayonlarından başlayaraq 30-u axşamadək əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək, bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Bakıda və Abşeron yarımadasında da avqustun 29-u axşamdan 30-u səhərədək şimal-qərb küləyinin 15-18 m/s əsəcəyi, gecəyə doğru arabir 20-23 m/s-dək güclənəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Vətən Naminə Mətbuat Xidməti