Haqqın və ədalətin bərpa olunması zərurətindən doğan tarixi qərar

XVIII əsrin əvvəllərindən çar Rusiyasının xarici siyasətində Qafqaz mühüm
rol oynamağa başlamış və çarizm bu dövrdən etibarən cənubda öz strateji
mövqelərini möhkəmləndirməyə çalışmışdır. Tarixi faktlar göstərir ki, Qafqaz həm
siyasi, həm də iqtisadi mənafe baxımından, Rusiyanın daim diqqət mərkəzində
olmuş və bu dövrdə çar Rusiyası Azərbaycanı işğal etmək, burada özünə dayaq
yaratmaq məqsədilə ermənilərdən məharətlə istifadə etmişdir. Belə ki, çar
Rusiyasının regiona müdaxiləsi ermənilərin digər ölkələrdən Cənubi Qafqaza, о
cümlədən Azərbaycana köçürülüb gətirilməsi burada erməni amilinin
gücləndirilməsinə kömək etmişdir. Ermənilər də Rusiya imperiyasının onlara arxa
duracaqlarına ümid bəsləyərək çarizmin Qafqazı işğal etməsinə köməklik
göstərməklə öz məkrli siyasətlərini həyata keçirmək niyyətində olmuşlar. Çar
Rusiyası onunla əlaqə saxlayan ermənilərdən öz gələcək işğalçılıq planlarının
həyata keçirilməsi üçün bir vasitə kimi istifadə etmişdir.
Ermənilər havadarlarının maddi və hərbi-siyasi dəstəyi ilə XIX-XX əsrlərdə
müəyyən mərhələlərlə azərbaycanlılara qarşı kütləvi qırğınlar və soyqırımlar
törətmiş, deportasiyalar həyata keçirmişlər. Həmin soyqırımların ilk mərhələsi
1905-1906-cı illəri əhatə edir. Tarixə ilk olaraq “erməni-müsəlman qırğınları” kimi
düşən bu qanlı faciələri hüquqi-siyasi baxımdan azərbaycanlılara qarşı soyqırım
adlandırmaq onun mahiyyətinə tam uyğun gəlir. 1905-1906-cı illər qırğınları planlı
şəkildə, azərbaycanlıların milli və dini mənsubiyyətlərinə görə, etnik təmizləmə
məqsədilə həyata keçirildiyi üçün soyqırım mahiyyəti daşıyır. 1918-1920-ci illərdə
ermənilərin azərbaycanlılara qarşı törətdikləri və o dövrdə “milli qırğınlar” kimi
tarixə düşən cinayətlər də soyqırım kimi xarakterizə edilir. 1988-1993-cü illərdə
ermənilər yenə də havadarlarının köməyi ilə Dağlıq Qarabağda və onun ətraf
rayonlarındakı ərazilərdə azərbaycanlılara qarşı soyqırım həyata keçirmişlər.
Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə
Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir.
“Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 26
mart 1998-ci il tarixli fərmanında qeyd edildiyi kimi, Azərbaycanın XIX-XX
əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq,
ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi
soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Azərbaycan xalqına
qarşı törədilmiş bütün soyqırım faciələrini yad etmək məqsədilə 31 Mart
Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Məlumdur ki, sovet
hakimiyyəti illərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar,
kütləvi qırğın və zorakılıqlar, repressiya və deportasiyalar sovet tarixşünaslığında
bu tip mövzuların tədqiqinə yasaq qoyulmuşdu. Yalnız Azərbaycan XX əsrin
sonunda yenidən müstəqillik əldə etdikdən sonra tarixi keçmişinin obyektiv
mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Xalqımıza qarşı erməni təcavüzünün
əsas məqsədi etnik təmizləmə siyasəti həyata keçirmək yolu ilə tarixi Azərbaycan
torpaqları hesabına erməni dövlətinin əsasını qoymaqdan və sonradan müxtəlif
yollarla onu genişləndirməkdən ibarət olmuşdur. Ermənilərin bu niyyətlərinin
reallaşması istiqamətində Rusiya və bəzi Qərb dövlətləri də mühüm rol oynamışlar.
1905-1906-cı illərdə Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən
ermənilər əvvəlcə Bakıda, sonra İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda,
Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmişlər.
Erməni silahlı dəstələri İrəvan-Naxçıvan-Zəngəzur-Qarabağ istiqamətində və
Qazax-Gəncə istiqamətində yerləşən azərbaycanlı yaşayış məskənlərinin əhalisini
qırmaqla, qovmaqla və həmin ərazilərdə erməniləri məskunlaşdırmaqla gələcək
Ermənistan dövlətinin əsasını qoymaq istəyirdilər.
1990-cı illərdə də xarici havadarları tərəfindən silahlandırılan ermənilər
Azərbaycan ərazisinin 20%-ni işğal etmişdirlər. Artıq 30 ilə yaxın düşmən işğalı
altında qalan torpaqlarımız azad edildi. Bu qələbə ilə Azərbaycanımızn ərazi
btütövlüyü bərpa edildi.
İşğal zamanı dağıdılmış yaşayış məntəqələri, törədilmiş vəhşiliklər əsl
erməni xislətinə aid olduğu gördüm. Bir müəllim kimi Vətən müharibəsi iştirakçısı
olmağımla qürur duyuram. Düşməni görəndə Xocalı faciəsi və müxtəlif
zamanlarda xalqımıza qarşı onlar tərəfindən törədilmiş vəhşiliklər gözümün önünə
gəlirdi.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm
Qələbə qazandı, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Azərbaycan xalqı
bundan sonra əsrlərboyu bu tarixi qələbəni öz qəlbində yaşadacaq, daim qürur hissi
keçirəcək. Qarabağ Azərbaycandır!


Hazırladı

Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.