Hacı Şahin (tam adı: Şahin Hüseyn oğlu Həsənli ) — azərbaycanlı ilahiyyatçı, din xadimi: “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri (2007–2023): Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi; QMİ-nin Qazilər şurasının üzvü.
Bugün səhər saatlarında Bakıda ürək çatışmazlığından vəfat etmişdir.
Vetennamine.az saytı xəbər verir ki, din xadimini son mənzilə yola salmaq üçün “Qurd qapısı” qəbiristanlığına minlərlə adam toplanıb.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənli 2 mart tarixində səhər tezdən öz evində ürəktutmadan dünyasını dəyişib.
Vətən Naminə Mətbuat Xidməti