2020-ci il sentyabr ayının 27-də başlayan və 8 noyabr 2020-ci il tarixinə qədər
davam edən 44 günlük Savaş Rəşadətli Ordumuzun parlaq qələbəsi nəticəsində
Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi.Ordumuzun qısa
zamanda qələbə qazanmasını xarici və daxili düşmənlərimiz gözləmirdi . Məhz bu
qələbədən sonra ordumuza və bizə qələbə sevincini yaşadan hərbiçilərimizə istər
daxildə istərsə də xaricdə Azərbaycan dövlətçiliyini qəbul edə bilməyən qüvvələr
qarayaxma kampaniyasına başladılar.Araşdırmalar göstərir ki,qazilərin intiharına
səbəb olan amillərdən müharibə sindromu dioqnozu ilə yanaşı , məmur biganəliyi
və onları bu addımı atmağa dəstək verən qüvvələr mövcuddur.
Şəhid və Qazi ən ali rütbədir.Bu rütbəni qazanmaq hərkəsə nəsib olmur. Son
zamanlar Ermənistan üzərində qələbə qazanan Qazilərimizə İngiltərədə sığınacaq
alan Beynəlxalq axtarışa verilmiş azerfreedom tv-nin rəhbəri Qurban Məmmədov
tərəfindən qarayaxma kompaniyası başlayıb.Belə ki, bloger Abid Qafarov
Qaziləri təhqir etdiyinə görə məhkəmənin qərarına əsasən 1-il azadlıqdan məhrum
edildikdən sonra qazilərimizi təhqir etməyə başlamışdır.Vətənpərvərlik işində
fərqləndiyinə görə Hərbi Hissə tərəfindən Fəxri Fərmanla təltif olunan Qazi
Yusif Şirinliyə İctimai birliyin sədri Mehdi Mehdiyev tərəfindən mükafatın
təqdim edilməsini Azərbaycan ictimaiyyətinə Abid Qafarovun işlətdiyi ifadəyə
görə Qazini şikayət etdiyinə görə təltif etdiyini bəyan edir.Ermənistanla
müharibədə qardaşı Şəhid olmuş , özü döyüşdə ağır yaralanmış ehtiyatda olan
polkovnik Mehdi Mehdiyevi izləyicilərə Rusiyanın Agenti kimi təqdim edir.Bu
azmış kimi Mehdiyev Mehdi Adgözəl oğlunu onun babası olmasını bəyan edir.
Halbuki Mehdi Mehdiyevin babası Mehdiyev Mehdi Alı oğludur və doğulduğu
yer Bərdə rayonudur.
Qazi Ceyhun Ağayev və Mehdi Mehdiyevin İctiai Birliklərə dövlət tərəfindən
Dorektor təyin olduğunu vurğulayır.Çox əfsuslar olsun ki,hüquqi təhsili olmasına
baxmayaraq Qurban Məmmədov hələ də anlamır ki, İctimai Birliklərə sədr dövlət
tərəfindən yox İctimai Birliyin üzvlərinin seçdiyi Qurultay iştirakçıları tərəfindən
idarə heyyəti seçilir və idarə heyyətinin qərarı ilə sədr təyin edilir.İctimai
Birliklərin büdcəsi dövlət tərəfindən maliyyələşdirilmir.
Abid Qafarovun azadlıqdan məhrum edilməsi cəmiyyətin heç bir üzvü üçün
sevindirici hal deyil.Lakin hər bir şəxs ifadəni işlətməzdən öncə
düşünməlidir.Çünki söz ağızdan çıxarsa ona məsuliyyət daşıyırsan.
Qazilər bu cür qarayaxmalara diqqət yetirməməlidir və bilməlidilər ki,belə
kampaniyalar ermənistan dövlətinin marağı üçün aparılır.Şəhid və Qazi adını uca
tutmaq hərbir Azərbaycan vətəndaşının vətəndaşlıq borcudur.
Aris Məmmədov