Hərbi qulluqçumuz həlak olub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a verilən məlumata görə, yanvarın 22-də Bakı qarnizonundakı N nömrəli hərbi hissədə xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məhərrəmzadə Asif Səfail oğlu qeyri-döyüş şəraitində həlak olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.