Hərbi qulluqçularımız Türkiyədə keçirilən kursu müvəffəqiyyətlə bitiriblər

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu iki qardaş ölkə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində “AKINCI silahlı pilotsuz uçuş aparatının istismarı kursu”nda iştirak ediblər.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən vetennamine.az saytına bildiriblər.
Türkiyənin Baykar Müdafiə sənayesi şirkətinin təşkilatçılığı ilə Təkirdağ şəhərində yerləşən Çorlu Təlim Uçuş Mərkəzində keçirilən kursun növbəti buraxılış mərasimi olub.
Mərkəzin rəhbəri cənab Halil Akar açılış nitqi ilə mərasim iştirakçılarını salamlayaraq, təlim mərkəzi haqqında geniş məlumat verib və məzunlara öz səmimi arzularını çatdırıb.
Sonda kursu müxtəlif ixtisaslar üzrə müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikat və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.