Hərbi qulluqçularımız beynəlxalq təlimlərdə iştirak edəcək

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər davam etdirilir.
2022-ci tədris ilində hərbi qulluqçularımızın 30-dan artıq beynəlxalq təlim və yarışlarda iştirakı planlaşdırılır.
“Eternity – 2022”, “EFES – 2022”, “Sarsılmaz Qardaşlıq – 2022”,  “Qış təlimi – 2022”, “Beynəlxalq Ordu Oyunları – 2022” və digər beynəlxalq təlim və yarışlar bura cəlb ediləcək hərbçilərimizin qarşılıqlı təcrübə mübadiləsi nəticəsində bilik və bacarıqlarının artırılmasına müsbət təsir edəcək.
Bundan başqa cari il ərzində hərbi qulluqçularımızın müxtəlif beynəlxalq seminar və konfranslarda iştirakı da nəzərdə tutulub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.