Hərbi qulluqçular arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib

Quru Qoşunlarının 2022-ci il hazırlıq planına uyğun olaraq hərbi qulluqçular arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Qoşun növlərini və birləşmələri təmsil edən 12 komanda birincilik uğrunda mübarizə aparıb.
Hərbi qulluqçular atış, qumbaraatma və kros qaçışı üzrə yarışlarda güclərini sınayıblar.
Yekun nəticələrə əsasən “Kəlbəcər”, “Bərdə” və “Beyləqan” komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.
Sonda qaliblər diplom, fəxri fərman və medallarla mükafatlandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.