Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri Azərbaycan Ordusunda hərbi-mülki əməkdaşlıqla bağlı həyata keçirilən tədbirlər barədə qonaqlara ətraflı məlumat verib.
Görüşdə mövzu ilə bağlı brifinqlər təqdim olunub, hərbi-mülki əməkdaşlıq sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məsələləri müzakirə edilib, keçirilən görüşlərin səmərəliliyi qeyd olunub.
Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti