Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, tədbirdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhid ailələri, qazilər, hərbi hissənin şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri şəxsi heyətə çatdırılıb.
Çıxış edənlər hərbi hissənin yaranma tarixindən, keçdiyi döyüş yolu, o cümlədən Vətən müharibəsi və sonraki əməliyyatlarda iştirakından danışıblar. Qeyd olunub ki, hərbi hissə qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib.
Vurğulanıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasəti uğurla davam etdirir. Müzəffər Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində şəxsi heyətin döyüş hazırlığı və hərbi qulluqçuların sosial-məişət şəraiti daim yüksək səviyyədə saxlanılır.
Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən bir qrup hərbi qulluqçu mükafatlandırılıb, məktəblilər tərəfindən tədbir iştirakçılarına ədəbi-bədii kompozisiya təqdim edilib.
Tədbirin bədii hissəsində vətənpərvərliyi tərənnüm edən musiqi nömrələri səsləndirilib.
Vətən Naminə Mətbuat Xidməti