Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, bazalanma aerodromlarından uçuşlar edən helikopterlər təlimin planına uyğun olaraq havaya qalxma və yerə enmə, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetiriblər.
Helikopter bölmələrinin döyüş və praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.
Vətən Naminə Mətbuat Xidməti