Prezidentin müvafiq sərəncamına əsasən , yanvar ayının birindən otuz birinə kimi hərbi xidmətə çağırış həyata keçiriləcək.
Hərbi çağırışa cəlb olunanlar həkim-komissiyalarından keçərək yaralı olanlar öz sağlamlıq durumlarına uyğun olaraq , onlara müvafiq komissiya tərəfindən hərbi xidmət yeri təyin olunur .
Ədalətlilik prinsipini qorumaq məqsədi ilə nazirliklərə, xidmətlərə çağırışçılar xüsusi kompyuter proqramları vasitəsilə təyin olunurlar.Nazirliklərə , xidmətlərə düşən çağırışçılar öz növbəsində daxili komissiya tərəfindən xüsusi kompyuter proqramları vasitəsilə vəzifələrə təyin edilirlər.Çağırışçılar andiçmə mərasimindən sonra təyinat aldıqları vəzifələrə uyğun öz ixtisasları üzrə xüsusi hazırlıq kursları keçirlər.
Və sonradan öz bölmələrinə yollanaraq xidməti vəzifələrinin icrasına başlayırlar. Cəbhə bölgəsində ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini mütəmadi olaraq pozması zamanı xüsusi hazırlıqlı əsgərlərimizin , onların təxribatının qarşısını müvəffəqiyyətlə minimal itki ilə almaları hazırlıq səviyyələrinin qənaətbəxş olduğunu bildirir.
Aris Məmmədov
Vetennamine.az Mətbuat Xidməti













