Hərbi attaşelər hərbi hissəni ziyarət ediblər


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin hərbi hissəyə tanışlıq səfəri təşkil olunub.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən vətənnaminə.az-a bildiriblər.
Hərbi attaşelik aparatının nümayəndələri ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.