Daşkısın Rayon Prokurorluğundan VETENNAMİNE.AZ -a verilən məlumata əsasən, istintaqla 2005-ci il təvəllüdlü Elnur Quluyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı soyuq silah hesab edilən xəncərlə həmkəndlisi Məmməd Əmrahova xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Elnur Quluyevə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Vətən Naminə Mətbuat Xidməti