Saç niyə ağarır? Həyat təcrübəsi saçların ağarmasına təsir edirmi? Niyə bəzi saçlar erkən ağarır, bəziləri isə gec?
Uzun müddətdir ki, ağarmış saçların yalnız zaman və yaş məsələsi deyil, yaşanmış təcrübənin əlaməti olduğuna dair bir inanc var. Rəvayətə görə, Mari Antoinette edam ediləcəyini öyrəndikdən sonra bir gecədə saçları ağarıb.
Bəs insanın həyat təcrübəsi həqiqətən saç rəngini dəyişə bilərmi? Elm göstərir ki, saç rəngi təbii olaraq zamanla solsa da, müəyyən amillər, o cümlədən stress bu dəyişikliyi sürətləndirə bilər. Amerika Psixoloji Dərnəyinin fikrincə, stress gündəlik təzyiqlərə normal cavabdır, lakin insanın gündəlik fəaliyyətini pozduqda sağlamlığa zərər verə bilər.
Saç tökülməsi üzrə tədqiqatçı və dünya trixologiya assosiasiyasının prezidenti Devid Kinqsli deyib ki, stress saçların ağarmasının əsas səbəbi deyil, genlər əsasən insanların saçlarının nə vaxt ağaracağını müəyyən edir, lakin “stress ağarma prosesini sürətləndirə bilər”.
Qeyri-sağlam qidalanma, qalxanabənzər vəzi problemləri, hormonal balanssızlıq və anemiya kimi dolayı stressin belə saçların piqmentasiyasına təsir edə biləcəyi ifadə edilir.
Təbiət jurnalında 2020-ci ildə edilən bir araşdırmaya görə, siçanlarda stres melanositlər adlı saç piqment hüceyrələrini tükədə bilər. Melanositlər saç follikullarında yaşayan kök hüceyrələr tərəfindən istehsal olunur.
Elife jurnalında 2021-ci ildə edilən bir araşdırma stressin insanlarda da saçların ağarmasına səbəb ola biləcəyini aşkarladı, lakin bu dəyişiklik həmişə qalıcı deyil.
Bəzi boz saçlı və ya “iki rəng saçlı” iştirakçılardan son aylardakı təcrübələrini və stress səviyyələrini qeyd etmələri istəndi. Tədqiqatçılar iş itkisi kimi stresli təcrübələrin saçların ağarması ilə əlaqəli olduğunu müəyyən ediblər.Bunula bərabər, stress faktorunun aradan qaldırılması bozlaşmanı geri qaytara bilər.
Kinqsli melanosit kök hüceyrələrinin yaşlandıqca daha həssas olduğunu söylədi. Ona görə də əlavə stress potensial olaraq ağarmanın “vaxtını dəyişir”.
Saçı ağarmış insanda saçları bərpa etmək mümkün ola bilər, lakin, illərdir ağ saçları olan biri üçün stresin aradan qaldırılması çətin ki, ağ saçları əvvəlki vəziyyətinə qaytarsın. Kinqsli, praktikada saçların öz piqmentini geri qaytardığını nadir hallarda gördüyünü söylədi.
Nigar Həziyeva
Vətən Naminə Mətbuat Xidməti