Hədəfdə Qazi və Şəhid Ailələridir!

2020-ci il sentyabr ayının 27-də başlayan və 8 noyabr 2020-ci il tarixinə qədər davam edən 44 günlük Savaş Rəşadətli Ordumuzun parlaq qələbəsi nəticəsində Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Ordumuzun qısa zamanda  qələbə qazanmasını xarici və daxili düşmənlərimiz gözləmirdi. Məhz bu qələbədən sonra ordumuza  və  bizə qələbə sevincini yaşadan hərbiçilərimizə istər daxildə istərsə də xaricdə Azərbaycan dövlətçiliyini qəbul edə bilməyən qüvvələr qarayaxma kompaniyasına başladılar. Araşdırmalar göstərir ki, qazilərin intiharına  səbəb olan amillərdən müharibə sindromu dioqnozu ilə yanaşı, məmur biganəliyi və  onları  bu addımı atmağa dəstək verən qüvvələr mövcuddur.

Şəhid  və qazi ən ali rütbədir. Bu rütbəni  qazanmaq hərkəsə nəsib olmur. Son zamanlar Ermənistan üzərində qələbə qazanan qazilərimizə İngiltərədə sığınacaq alan Beynəlxalq axtarışa verilmiş azerfreedom tv-nin  rəhbəri  Qurban  Məmmədov  tərəfindən qarayaxma kompaniyası başlayıb. Belə ki, bloqer  Abid Qafarov qaziləri təhqir etdiyinə görə  məhkəmənin qərarına əsasən 1-il azadlıqdan məhrum edildikdən sonra  qazilərimizi təhqir etməyə başlamışdır. Vətənpərvərlik işində fərqləndiyinə görə hərbi hissə tərəfindən Fəxri Fərmanla ltif  olunan qazi Yusif Şirinliyə İctimai birliyin sədri Mehdi Mehdiyev tərəfindən mükafatın təqdim edilməsini  Azərbaycan ictimaiyyətinə Abid Qafarovun işlətdiyi  ifadəyə görə qazini şikayət  etdiyinə  görə təltif etdiyini  bəyan edir. Ermənistanla  müharibədə  qardaşı şəhid olmuş, özü döyüşdə ağır yaralanmış ehtiyatda  olan  polkovnik  Mehdi Mehdiyevi  izləyicilərə Rusiyanın agenti kimi təqdim edir. Bu azmış kimi  Mehdiyev Mehdi Adgözəl oğlunu  onun babası olmasını bəyan edir. Halbuki Mehdi Mehdiyevin babası  Mehdiyev  Mehdi  Alı oğludur və  doğulduğu  yer Bərdə rayonudur.

Qazi Ceyhun Ağayev və  Mehdi  Mehdiyevin ictimai birliklərə dövlət tərəfindən direktor təyin olduğunu  vurğulayır. Çox əfsuslar olsun ki, hüquq təhsili  olmasına  baxmayaraq Qurban Məmmədov  hələ də anlamır ki, ictimai birliklərə sədr dövlət tərəfindən yox ictimai birliyin üzvlərinin seçdiyi qurultay iştirakçıları tərəfindən idarə heyəti seçilir və idarə heyətinin qərarı ilə sədr təyin edilirİctimai birliklərin büdcəsi dövlət tərəfindən maliyyələşdirilmir.

Abid Qafarovun azadlıqdan məhrum edilməsi  cəmiyyətin heç bir üzvü üçün sevindirici hal deyil. Lakin hər bir şəxs ifadəni işlətməzdən öncə düşünməlidir. Çünki söz ağızdan çıxarsa ona məsuliyyət daşıyırsan.

Qazilər  bu cür qarayaxmalara diqqət yetirməməlidir və bilməlidilər ki, belə kompaniyalar ermənistan dövlətinin marağı üçün aparılır. Şəhid və qazi adını uca tutmaq  hər bir  Azərbaycan vətəndaşının  vətəndaşlıq borcudur.

 

Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.