Vetennamine.az saytının Gəncə regionu üzrə bölgə müxbiri Vasif Quliyevin verdiyi məlumata əsasən ,Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Goranboy şəhərində həyata keçirilən abadlıq, quruculuq və yenidənqurma işləri ilə yerində tanış oldu. Hazırda şəhərdə abadlıq və yenidənqurma işləri davam etdirilir, küçələrdə yeni işıq dirəkləri və naqillərdən təşkil olunmaqla, müasir gecə işıqlanırma sistemi qurulur. İcra Başçısı hazırda həyata keçirilən və gələcəkdə nəzərdə tutulan abadlıq-quruculuq işləri ilə bağlı, aidiyyəti məsul şəxslərə tapşırıq və tövsiyələrini bildirdi.