Gender bərabərliyi məsələsi

Gender equality - Weight scale with gender signs showing equal weight.

Gender bərabərliyi fərdlərin bütün qabiliyyətlərini tam və sərbəst şəkildə inkişaf etdirə biləcəkləri sosial mühitin yaradılması və bu mühitin qarşısındakı bütün sosial və siyasi maneələrin aradan qaldırılması kimi müəyyən edilir. Xülasə, qadın və kişilərin ictimai həyatın bütün sahələrində bərabər iştirakı deməkdir.

Gender anlayışı həyatımızda gender əsaslı bərabərsizliklərə də işıq salır. Gender bərabərliyi imkan bərabərliyindən kənarda bu bərabərsizliklərə son qoyulması tələbini ifadə edir. Gender bərabərliyi cəmiyyətin hər qatında rastlaşdığımız və gender fərqləri üzərində qurulan iyerarxik münasibətlərin dayandırılması və bu münasibətlərin, dəyərlərin və qurumların ictimailəşmə mexanizmlərinin güc fərqliliyinə gətirib çıxaran transformasiyası deməkdir. Qadının hər gün əri və ya kişi qohumu tərəfindən öldürüldüyü müasir dünyada gender bərabərliyi qadınlara qarşı zorakılığın qarşısının alınması və ya qadınların sosial həyatın bir parçası olması üçün əvəzsiz şərtdir. Gender bərabərliyinin olmadığı yerdə qadına qarşı zorakılığın qarşısını almaq olmaz.

Gender bərabərliyi, feministlərin vurğuladığı kimi, qadınlar üçün birlikdə bərabərlik və müxtəliflik tələb etməyi tələb edir.Mühafizəkar baxışların əhəmiyyət kəsb etdiyi bu gün bu fikirdə olan bir çox kişi və qadınlar gender bərabərliyini qadınların kişilərlə eyni olmaq istəyi kimi müəyyən edirlər. Bu tərif səhvvə problemlidir. Bərabərlik eynilik demək deyil. Eyni olmağı həm də mütləq bərabər olmalıdır anlamına gəlmir. Həmçinin, bərabərlik və fərq bir-birinə zidd anlayışlar deyil, bir-biri ilə sıx əlaqəli anlayışlardır. Bərabərlik yalnız fərqin olduğu kontekstdə məna kəsb edir. Gender bərabərliyi tələbi qadınlara kişilərlə eynideyil, eyni rəftar tələbidir. Qadınlar kişilərdən fərqli olduqları üçün, cinsi kimliklərindən irəli gələn haqsız güc fərqlərinin aradan qaldırılması onların kişilərdən fərqli, lakin bərabər qiymətləndirilməsi üçün bir zərurətdir.

Azərbaycan Respublikasının Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında qanunu da mövcuddur.Belə ki, ümumiləşdirib bu qanunun 3-cü maddəsinin 1-ci bəndini misal çəkə bilərik:

Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır!

Həlimə Əliyeva

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.