Xaqani Poeziya Evinin birgə təşkilatçılığı ilə “2 Fevral – Gənclər günü” münasibəti ilə “Gəncliyimiz – gələcəyimiz” adlı tədbir keçirildi. Tədbir həm bu günün təsisçisi, Ulu Öndər Heydər Əliyevin, həm də Vətən uğrunda şəhid olan gənclərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməklə açıq elan edildi. Gənclər gününə həsr olunmuş qısametrajlı film izlənildikdən sonra Poeziya Evinin direktoru, şair Aybəniz Əliyar günün mahiyyəti haqqında söz açdı. Gəncləri təbrik etmək üçün söz Şabran rayon Mədəniyyət Mərkəzinin direktoru Şəfiqə xanım Məmmədovaya verildi. Gənc şairlər, qiraətçilər gənclik duyğularını özündə əks etdirən şeirlər səsləndirdilər.
Sonda rayonda keçirilən mədəni- kütləvi tədbirlərdə fəal iştirak edən bir qrup gənc Fəxri Fərmanlarla təltif olundu.
Aysel Məmmədli
Vətən Naminə Mətbuat Xidməti