Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Şuşa ili” və Tovuz “Gənclər Paytaxtı” Tədbirlər Planına müvafiq olaraq gənclərin “Yaradıcılıq emalatxanası” layihələri həyata keçirilib. “Şuşa yaradıcılıq emalatxanası”nda gənclər incəsənətin foto, rəssamlıq və telejurnalistika sahələri üzrə, “Tovuz yaradıcılıq emalatxanası”nda isə kino, teatr, rəqs və estrada ifaçılığı sahələri üzrə təlimlərdə iştirak ediblər.
Bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən vetennamine.az saytına məlumat veriblər
Sərgidə gənc rəssamların və fotoqrafların əsərləri geniş tamaşaçı auditoriyasına təqdim edilib. Müxtəlif texnikalarda işlənmiş 50-dən çox rəsm əsəri, 60-dan çox foto böyük maraqla qarşılanıb.
Konsert zamanı gənclər bir həftə ərzində öyrəndiklərini səhnədə nümayiş etdiriblər. Gənclərin ifasında “Bayram rəqsi”, “Uzundərə” kimi rəqslər, “Neftçilər”, “Sarı gəlin”, “Uzaq yaşıl ada”, “Məhəbbət çırağı” kimi mahnılar səsləndirilib. Bundan əlavə M.F.Axundzadənin “Hekayəti-xırs-Quldurbasan” və Ü.Hacıbəylinin “O olmasın, bu olsun” tamaşalarından parçalar göstərilib. Emalatxananın kino qrupu tərəfindən çəkilən qısametrajlı bədii və sənədli filmlər, telejurnalistika qrupu tərəfindən hazırlanan reportajlar da tamaşaçılara nümayiş etdirilib.