Prezident İlham Əliyev Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb.
Bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən vetennamine.az saytına məlumat veriblər
Sərəncama əsasən, Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Binəqədi, Qaradağ, Xəzər, Səbail, Sabunçu, Suraxanı, Nərimanov, Nəsimi, Nizami, Pirallahı, Xətai, Yasamal rayon gənclər və idman idarələrinin əsasında Bakı Şəhər Gənclər və İdman İdarəsi yaradılacaq.
Eyni zamanda, nazirliyin tərkibində Abşeron−Xızı; Dağlıq Şirvan; Gəncə−Daşkəsən; Qarabağ; Qazax−Tovuz; Quba−Xaçmaz; Lənkəran−Astara; Mərkəzi Aran; Mil−Muğan; Şəki−Zaqatala; Şərqi Zəngəzur və Şirvan−Salyan regional gənclər və idman İdarələri yaradılacaq.
Nazirlər Kabinetinə Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman İdarəsinin və regional idarələrinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək tapşırılıb.