Vetennamine.az saytının müxbiri Həlimə Əliyevanın verdiyi məlumata əsasən ,
2-4 yanvar 2023-cü il tarixində Şamaxı şəhərində Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” gənclərin fərdi qrant müsabiqəsinin qalibi olmuş və Azərbaycan Skautları Dayanıqlı İnkişaf Məqsədləri Naminə Proqramı çərçivəsində həyata keçirilən “Gənc skautlar dayanıqlı inkişaf naminə” layihəsinin təlim hissəsi yekunlaşıb.
Layihənin təlimlər hissəsində iştirakçılara Dayanıqlı İnkişaf Məqsədlərinin onların növbəti fəaliyyətlərindəki rolu, bu fəaliyyətin təşkil edilmə metodları, skautların bu məqsədlərə nail olmaq üçün göstərəcəkləri səylərin necə artırılması öyrədilib. Daha sonra onlar öz icmalarında bunu təbliğ və tədris edəcəklər.
Təlimin son günü skautlar “DİM-in təbliği və tədrisi zamanı əsas alətlər”, “DİM-in ASA modeli: Azərbaycan Skautları Dayanıqlı İnkişaf Məqsədləri Naminə Proqramı” təlim sessiyalarında iştirak ediblər. Qiymətləndirmədən sonra rəsmi bağlanış mərasimi baş tutub. Layihədə iştirak etmiş gənc skautlar və işçi heyətə şəhadətnamələr və təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Skautlar Assosiasiyası və “Global Shapers Shamakhi Hub” layihənin tərəfdaşlarıdır.
Layihə çərçivəsində “Daha yaxşı dünya üçün!” adlı çempionlar proqramına qoşulan hər bir iştirakçıya təşəkkür edilib .
Vətən Naminə Mətbuat Xidməti













