Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə Mingəçevir şəhərində 24-28 noyabr tarixlərində “Gənc Liderlər və Təşəbbüs Qruplarının rəhbərləri üçün Payız Məktəbi” həyata keçirilib.
Bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən vetennamine.az saytına məlumat veriblər
Layihənin keçirilməsində məqsəd gənc liderlər və Təşəbbüs Qruplarının rəhbərlərinin üzə çıxarılması, onların intellektual inkişafına nail olunması, dünyagörüşünün artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsi və şəbəkələşmə prosesinə töhfə verməkdir. Ümumilikdə layihə çərçivəsində 2 panel müzakirəsi, 5 görüş, 4 təlim, 4 gəzinti, 4 mədəni-kütləvi tədbir, 1 idman və 1 intellektual yarış həyata keçirilib.