Füzuli, sən azadsan!

1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal olunub. Ermənistanın həyata keçirdiyi işğalçı siyasəti Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə regionun ekoloji durumuna ciddi ziyan vurub, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlara gətirib çıxarıb. İyirmi beş il əvvəl 1993-cü il avqustun 23-də Cəbrayıl və Füzuli rayonları erməni işğalçıları tərəfindən zəbt olunub.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 2020-ci ilin oktyabrın 17-də Füzuli şəhəri işğaldan azad edilib. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu.
Ermənilər işğal dövründə özünəməxsus təbiəti ilə fərqlənən Füzuli şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuata verdiyi məlumatlarda qeyd edilir ki, işğala qədərki dövrdə Füzuli rayonunda təbiət abidəsi statusuna malik 11 Şərq çinarı olub və bu ağacların hamısı işğal dövründə məhv edilib. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev nazirliyin işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, həmin təbiət abidələri sırasında hətta 1400 ilə qədər yaşı olan ağaclar olub: “Bu cür hal Cəbrayıl, Zəngilan, Qubadlı və Ağdam rayonlarının ərazisində də baş verib və bütün təbiət abidələri kəsilərək məhv edilib. Bu rayonların ərazisində 138 ədəd təbiət abidəsi olub ki, onlardan 127-si düşmən tərəfindən məhv edilib. Onların 117-i Şərq Çinarıdır”.
Çox təəssüflər olsun ki, təcavüzkar Ermənistan işğal dövründə, hətta torpaqlarımız işğaldan azad edildikdən sonrakı dövrdə də ətraf mühitə böyük zərərlər vurub. İşğal dövrü ərzində 60 min hektar meşə sahəsi qırılaraq məhv edilib.
Biz inanırıq ki, Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti, Azərbaycan dövlətinin gücü və qüdrəti hesabına Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcək.

Hazıladı
Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.