Vetennamine.az xəbər verir ki, Mayın- 1 da Füzuli Şəhər İcra Hakimiyyətinin və Füzuli Şəhər Beynəlxalq Muğam Mərkəzində, baş leytenant Muxtar Qasımlıya həsr olunan “Qəhrəman Muxtar Qasımlı” sənədli filminin təqdimat mərasimi keçirildi.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət etdilər.
Rejissoru və ssenari müəllifi Ruslan Mollayev olan “Qəhrəman Muxtar Qasımlı” sənədli filminin təqdimatında şəhidimizin valideyinləri Əli Qasımov və Almaz Qasımova, Şəhid ailələri, Qazilər, Füzuli Şəhər İcra Hakimiyyətinin Başçısının müavini Vüqar Teymurov, Təhsil Şöbəsinin Müdüri Ramella Məmmədova, YAP-nın sədri Almaz Haşımova , Qarabağ Qaziləri İctimai Birliyinin sədri Nəriman Əliyev Qarabağ Regional Mədəniyyət İdarəsinin Füzuli şəhər üzrə nümayəndəsi Etiram Nəzərov, , Icra Hakimiyyətinin Şəhid ailələri İctimai Birliyinin sədri Hafiz Mİsirli, İcra Hakimiyyətinin Humanitar Məsələlər Şöbəsinin Müdür Müavini Ülkər Bayramlı, İqtisadiyyat Nazirliyinin Qarabağ Regional idarəsinin əməkdasları, İcra numayəndələri məktəb direktorları, Hərbi Komissarlığının şöbə müdiri iştirak etdilər İsmət Hacıyev. Füzuli rayon gənclər İdarəsinin rəis müavini Ruslan Nadirli iştirak ediblər. Sənədli filimdə şəhid Muxtar Qasımlının döyüş yolu, məktəb illəri, idmanda qazandığı bütün uğurları, iş həyatı, 44 günlük vətən müharibəsində göstərdiyi qəhrəmanlıq filmin əsas sujet xəttində təşkil edir.
Atayeva Günay