VETENNAMİNE.AZ saytının bölgə müxbiri xəbər verir ki, seçkilərdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri də fəal iştirak edib.
1988-ci ildən Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədə başına gələn müsibətlər, torpaqların 20 faiz işğalı, bir milyondan çox məcburi köçkünlər çadırlarda və vaqonlarda əziyyət çəkdilər. Bu illər ərzində Azərbaycan xalqı bütövləşdi ,sosiallaşdı və siyasiləşdi. Dövlət, xalq və ordu birliyinə nail oldu.
44 günlük Vətən müharibəsində və Antiterror əməliyyatında ərazi bütövlüyünü və müstəqilliyini bərpa etdi. Bu gün Qarabağın hər guşəsində, dədə-baba yurdlarına qayıtmış qarabağlılar da Azərbaycan Respublikasının azadlığına, birliyinə və müstəqilliyinə səs verib.
Ədalət Sərkarov
Vətən Naminə Mətbuat Xidməti