VETENNAMİNE.AZ xarici mediaya istinadən xəbər verir ki, hökumətin bütün bu cür mitinqləri qadağan etməsindən az sonra Fransa polisi fələstinlilərə dəstək üçün küçələrə çıxan etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Polis daxili işlər naziri Gerald Darmaninin “ictimai asayiş” adı altında Fələstin tərəfdarı olan bütün nümayişləri qadağan etmək əmrindən sonra cümə axşamı paytaxt Parisdə mitinqi dağıdıb. Tənqidçilər bu sərəncamı vətəndaş azadlıqlarına hücum adlandırıblar.
Vətən Naminə Mətbuat Xidməti