Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.
Bunu Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən vetennamine.az saytına məlumat veriblər
Belə ki, hospitallarda ötən günlər ərzində ümumilikdə 319-u uşaq olmaqla 1623 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.
Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.