Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə əməliyyatları davam etdirir.
Bunu Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən vetennamine.az saytına məlumat veriblər
Bu çərçivədə, FHN-in Kahramanmaraşda olan qüvvələrinin 110 nəfərdən artıq hissəsi Hatay rayonunda baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə bu səhər həmin bölgəyə yola düşüb.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.