Tədbir 1941–1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə keçirilmişdir.
Tədbir zamanı İkinci Dünya Müharibəsində həlak olmuş babalarımızın, Qarabağın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin və Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində həyatını itirmiş Ukraynalı döyüşçülərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Anım mərasimi zamanı çıxış edən Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev, Ukrayna Azərbaycan konqresinin sədri Yuriy Osadçenko, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev və nəzarət-təftiş komissiyasının sədri Aris Məmmədov sülhün, azadlığın və müstəqilliyin əhəmiyyətindən danışaraq, bu dəyərlər uğrunda mübarizə aparan bütün şəhidlərin əziz xatirəsini ehtiramla andılar.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi olaraq biz, tarixə və şəhidlərimizə olan borcumuzu heç zaman unutmayacağımızı, həmçinin beynəlxalq aləmdə sülh və ədalətin bərqərar olunması üçün hər zaman dəstək olacağımızı bildiririk.