Milli Hidrometeorologiya Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, düşən yağıntının miqdarı Astarada 31, Lənkəranda 21, Yardımlıda 9, Qusar, Qax (Sarıbaş), Naxçıvan, Şahbuz, Ordubad, Ağdam, Balakən, Quba, Beyləqan, İmişli, Cəfərxan, Biləsuvarda 4 mm-dək olub. Qrız və Lerikdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu sentyabrın 10-da Bakıda iqlim normasından 2.5 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək, Naxçıvan MR-da 26-30 dərəcə, Aran rayonlarında 25-29 dərəcə, dağlıq rayonlarda 17 dərəcəyədək isti müşahidə edilib.
Hazırda Naxçıvan, Tərtər, İmişli, Sabirabad, Cəfərxan, Yevlax, Hacıqabul, Lənkəran, Beyləqan, Astara, Neftçala, Biləsuvar, Lerikdə yağış yağır.

Vətən Naminə Mətbuat Xidməti