Facebook-un ana şirkəti Meta tarixinin ən böyük birja itkisinə məruz qalıb

Cümə axşamı Facebook-un ana şirkəti Meta-nın bazar kapitallaşması səhmlərinin azalması nəticəsində 230 milyard dollar itirib. Bu, şirkətin bir gündə ən böyük düşməsi idi.

Şirkətin rüblük balans göstəriciləri investorları məyus etdiyi üçün şirkətin səhmləri 26,4 faiz dəyər itirib.

Meta, şirkətin gündəlik aktiv istifadəçisinin 18 illik tarixində ilk dəfə düşdüyünü bildirdi.

Şirkət ötən ilin son rübündə gündəlik istifadəçi sayının 1 milyard 929 milyon nəfərə düşdüyünü açıqlayıb.

TikTok və YouTube rəqabəti qarşısında gəlir artımının yavaşladığını bildirən Facebook-da reklam verənlər də xərclərini azaldırlar.

Meta şirkətinin baş direktoru Mark Zukerberq bildirib ki, şirkətin hədəf auditoriyası, xüsusən də gənc istifadəçilər rəqiblərinə üz tutduqca, satış artımı yavaşlayıb.

Google-dan sonra dünyanın ikinci ən böyük rəqəmsal reklam platformasına sahib olan Meta, Apple-ın əməliyyat sistemindəki məxfilik dəyişikliklərindən də mənfi təsirləndiyini söylədi.

Zukerberqin sərvətindən 31 milyard dollar

Bloomberg-in Milyarderlər indeksinə görə, şirkətin səhmlərindəki itki Zukerberqin sərvətindən 31 milyard dollar götürüb.

Bu məlumat Estoniyanın bir illik ÜDM-inə bərabərdir.

Lakin bu azalmaya baxmayaraq, Zukerberq hələ də 90 milyard dollarlıq sərvətlə dünyanın ən varlı insanlarından biridir.

 

Sinqapurda yerləşən DBS Bank-ın telekommunikasiya və internet araşdırmalarının rəhbəri Saçin Mittal, Facebook-un rəqibi Snap-ın daha sağlam maliyyə göstəriciləri elan etdiyini vurğuladı.

Mittal, bütün texnologiya şirkətlərinin Apple-ın dəyişikliklərindən mənfi təsirləndiyini, lakin bu dəyişikliklərlə məşğul olmaq üçün alqoritmləri olmayan şirkətlərin daha çətin vəziyyətdə olduğunu bildirib.

Meta-nın səhmlərinin azalması Twitter, Snap və Pinterest kimi digər sosial media şirkətlərinə də mənfi təsir edib.

Lakin Snap-ın səhmləri şirkətin rüblük mənfəət elanında ilk dəfə olaraq 60 faiz bahalaşıb.

 

Hazırladı:

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.