Ekologiya və Təbii Sərvətlər Nazirliyindən VETENNAMİNE.AZ-a verilən məlumata əsasən, “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov İctimai Şuranın sədr müavini, “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Tükəzban Ağababayeva isə Şuranın katibi seçilib.
Qeyd edək ki, ETSN yanında İctimai Şura 2010-cu ildən fəaliyyət göstərir və ölkədə həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və effektivliyin təmin olunması məqsədilə yaradılıb.