Ekologiya və Təbii Sərvətlər Nazirliyindən VETENNAMİNE.AZ-a verilən məlumata əsasən, vətənin azadlığı, ölkəmizin müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə qərənfillər düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad olunub.
Sonra ETSN əməkdaşları Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş igidlərimizi yad etmək üçün İkinci Şəhidlər xiyabanında da olub, şəhidlərin əziz xatirəsini anaraq məzarlarına gül düzüblər.
Vətən Naminə Mətbuat Xidməti