Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərə ixtisas attestatının verilməsi üçün keçirilən imtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması məqsədilə ərizə qəbuluna başlanılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən VETENNAMİNE.AZ-a verilən məlumata əsasən, 9 fevral tarixində ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərə ixtisas attestatının verilməsi məqsədilə imtahan keçirilib. Namizədlərdən Qasımlı Nigar Ədalət qızı, Camalova Zərnişan Qabil qızı və Allahverdiyev Nəbi Qüdrət oğlu imtahandan uğurla keçib.
“Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin ixtisas attestatının forması və attestatın verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi, eləcə də ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.15-ci bəndinə əsasən testin nəticəsindən narazı qalan namizədlər bu barədə nəticənin elan olunduğu vaxtdan 5 (beş) iş günü müddətində (son müraciət tarixi 16 fevral 2024-cü il) Nazirliyə şikayət vermək hüququna malikdir.
Bununla əlaqədar imtahan nəticəsindən narazı qalan namizədlər ərizələrini [email protected] ünvanına göndərə və ya Nazirliyə təqdim edə bilərlər.
Vətən Naminə Mətbuat Xidməti