HomeBütün XəbərlərErmənistanın məhv etdiyi və tarixini saxtalaşdırdığı abidələrimiz haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün Lənkəranda tədbir həyata keçirilmişdir

Ermənistanın məhv etdiyi və tarixini saxtalaşdırdığı abidələrimiz haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün Lənkəranda tədbir həyata keçirilmişdir

Ermənistanın məhv etdiyi və tarixini saxtalaşdırdığı abidələrimiz haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün Lənkəranda tədbir həyata keçirilmişdir

“Şəfəq” Ekoturizm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Ermənistanın məhv etdiyi və tarixini saxtalaşdırdığı abidələrimiz haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün tədbirlərin təşkili” layihəsi çərçivəsində 2017-ci il oktyabrın 13-dən 15-dək Lənkəran rayonunda 3 günlük tədbir həyata keçirmişdir. Tədbirin ilk iki günü təlim formatında, üçüncü gün isə Astara və Lənkəran rayonlarının tarixi abidələrinə ekskursiya edilərək yekunlaşdı.

Layihə rəhbəri Vamiq Babayevin vetennamine.az saytına verdiyi məlumata görə tədbirdə ölkə üzrə 16 rayonu təmsil edən 21 nəfər KİV, QHT, dövlət orqanı əməkdaşları və digər  ictimai-fəal gənclər, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Akif Quliyev, Xəqani Alməmmədov, Online media üzrə müstəqil təlimçi İlham Məmmədli və başqaları iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan “Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev açılış nitqində layihənin donoru və təşkilat haqqında, layihə və onun məqsədləri barədə, eləcə də Ermənistanın işğalçılıq siyasəti nəticəsində tarixi abidələrimizin vəhşicəsinə dağıdılması və tarixinin saxtalaşdırılması ilə bağlı qısa məlumatları iştirakçıların diqqətinə çatdırdı.

Dəvət olunmuş eksperlərdən Xəqani Alməmmədov Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə arxeoloji, memarlıq abidələri və Qarabağda aparılmış son arxeoloji tədqiqatlarla bağlı, digər ekspert Akif Quliyev isə Qarabağ xanlığının pul dövriyyəsi və mövzu ətrafında digər məlumatları iştirakçılara çatdıraraq geniş müzakirələr apardılar. Təlimçilər tərəfindən işğal altında olan abidələrin online bazası ilə tanışlıq, İKT və media, İKT amilinin beynəlxalq münsibətlər sisteminə təsiri, bloqların yaradılması və idarə edilməsi, Wikipediyadan istifadə, yeni məqalələrin yaradılması ilə bağlı məlumatlar verildi və layihə məqsədlərinə uyğun qrup işləri təşkil edildi. Təlimin sonunda nəticə olaraq iştirakçılar qruplar şəklində Ermənistan tərəfindən məhv edilmiş və tarixi saxtalaşdırılmış abidələrimizlə bağlı hazırladıqları 10-dan çox məqaləni ingilis və rus dillərinə tərcümə edərək İKT resurslarında yerləşdirmişlər.

Təlim bitdikdən sonrakı gün Astaranın Ərçivan kəndindəki Məhəmməd Hənəfiyyə məscidi (XIX əsr), qədim hamam (1806-cı il), Ləm (1906-cı il), Yanar bulaq, Lənkəran şəhərində Dairəvi qala (1747-ci il), Həzi Aslanovun ev muzeyi, Xan evi – Lənkəran Tarix Diyarşünaslıq muzeyi (1913-cü il), Heydər Əliyev xatirə parkına  ekskursiya təşkil edildi.

Layihənin həyata keçirilməsində məqsəd Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində məhv edilmiş və tarixi saxtalaşdırılmış abidələr haqqında ictimai-fəal gənclər vasitəsilə beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir.

 

Əlaqə vasitələri:

“Şəfəq” Ekoturizm İctimai Birliyi

AZ 42 00,  Lənkəran şəhəri, Z.Əliyeva küç., 75/1, m 9

E-mail: shafagect@gmail.com

Tel.: 055 719 20 68