Posted By Admin Posted On

Ermənistan tərəfi atəşkəs rejiminin tələblərinə əməl etmir – MN

Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul edilmişdir.

Bu Barədə Vetennamine.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, buna baxmayaraq Ermənistan tərəfi əlavə olaraq tank və 120 millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir.