Ermənistan silahlı qüvvələrinin insanlıq əleyhinə törətdikləri cinayətlər

44 günlük savaşda əldə edilən möhtəşəm qələbə nəticəsində Ermənistanın Azərbayana qarşı 30 ilə yaxın davam etdirdiyi təcavüzünə, insanlıq əleyhinə törətdikləri cinayətlərə son qoyuldu.
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənablarının erməni təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan ordusunun əks-hücuma keçməsi üçün imzaladığı əmr nəticəsində sentyabrın 27-dən başlayan döyüş əməliyyatları dövlətimizin tarixində ilk dəfə olaraq işğalda olan ərazilər azad edilməyə başlanıldı və 44 gün nəticəsində Ermənistanın kaputilyasiyasına nail olundu.
Bu gün əsas qarşımızda duran məsələlərdən biri də, ermənilərin işğal dövründəki 30 il müddətində, o cümlədən, 44 günlük savaş müddətində insanlığa qarşı törətdikləri cinayətləri beynəlxalq təşkilatlara çatdırmaq və ədaləti bərpa etmək üçün məhkəmələrə müraciət edilir.
44 günlük savaş dövründə Ermənistan davamlı olaraq Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdilər.
Ermənistan törətdikləri bu cinayətlərə görə beynəlxalq məhkəmələr qarşısında cavab verməli olacaq. Qeyd etmək lazımdır ki, 2020-ci ilin sentyabrın 27-sindən başlayaraq Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana təcavüzu nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən də infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəymiş ziyanların qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti tərəfindən 6 noyabr 2020-ci il tarixində sərəncam imzalanmışdır.
Ermənistan Silahlı Qüvvələri tərəfindən qəsdən mülki əhalimiz hədəfə alınmaqla qadağan olunmuş silah növlərindən istifadə edərək böyük ziyanlar vurmuşlar. Bundan əlavə, insanlıq əleyhinə həyata keçirilmiş cinayətlər insan hüquqlarının kobud və kütləvi şəkildə pozulmasına gətirib çıxarmışdır. Bərdədə baş verən cinayətlərin geniş əhatəliliyini nəzərə alsaq bunu ilk növbədə insanlıq əleyhinə cinayət kimi təqdim etmək olar. İnsanlıq əleyhinə cinayətlər həm sülh, həm də müharibə dövründə törədilə bilər. Bərdədə 21 nəfərin öldürülməsi insanlıq əleyhinə cinayətin xüsusi növü olan sistematik adam öldürmə cinayətidir. Bundan əlavə Tərtərdə və Gəncədə insanlıq əleyhinə törədilmiş cinayətlər nəticəsində insan itkiləri olmuşdur. Bütün bu insanlıq əleyhinə və müharibə cinayətləri ilə bağlı Ermənistan tərəfinin beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunması vacibdir.
Rəşadətli ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzü təmin etməklə Ermənistan dövlətinin insan əleyhinə törətdikləri cinayətlərə də son qoymuşdur.

 

Hazırladı

Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.