Nazirlər Kabinetinin 432 №-li Qərarına dair izah
https://nk.gov.az/az/document/6556/
Qərar məhsulların etiketlənməsi beynəlxalq təcrübəyə əsasən istehlakçıları cihazların enerji istehlakı həcmi üzrə məlumatlandırması məqsədini daşıyır.
Bunu vetennamine.az saytı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin saytına istinadən xəbər verir
Enerji etiketinin forması və tərtibinə dair tələblər məhsulların enerji etiketlənməsinə dair texniki reqlamentlərlə müəyyən olunur. Bundan irəli gələrək, bu istiqamətdə müvafiq reqlamentlərin hazırlanması ilə bağlı Energetika və İqtisadiyyat nazirlikləri tərəfindən tədbirlər həyata keçirilməsi nəzərdə tutulur.
Həmin Qaydaların tələblərinə, habelə məhsulların bazara yerləşdirilməsinə nəzarət İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçiriləcəkdir.